Azərbaycan bu ilin yanvar-iyun aylarında İsrailə 631,3 milyon dollar dəyərində neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 299 milyon dollar və ya 32,1% azdır.

Məlumata görə, hesabat dövründə İsrail Azərbaycandan ən çox neft idxal edən 3-cü ölkə olub.

Əlavə edək ki, yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 646 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova