İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsində elekrtik enerjisi kəsilib.
İqtisadiyyat.az bu barədə "Reuters"a istinadən xəbər verir.
Məlumata görə, elektrik enerjisinin verilişində yaranan problemə görə metronun fəaliyyəti dayanıb və internet işlək vəziyyətini itirib. Bildirilir ki, işıqforlar, tramvaylar və hava limanları da fəaliyyətini dayandırıb.
Dövlətlərin aidiyyəti strukturları hazırda böyük tıxaclara və ləngimələrə səbəb olan elektrik enerjisinin verilişinin bərpası istiqamətində çalışırlar.
Qeyd edilib ki, İspaniyada elektrik enerjisinin bərpasının 6-10 saat çəkəcəyi gözlənilir.
Araşdırmalara baxmayaraq, problemin mənbəyi və səbəbi ictimaiyyətə açıqlanmayıb. Qeyd edilib ki, İspaniyada vəziyyəti idarə etmək üçün böhran komitəsi yaradılıb.
Gözəl Azadəliyeva