İspaniya Superkubokunda ikinci finalçı məlum olub.

İqtisadiyya.az xəbər verir ki, "Real"dan sonra "Barselona" adını həlledici görüşə yazdırıb.

Kataloniya təmsilçisi yarımfinalda "Osasuna" ilə qarşılaşıb. "Barselona" rəqibini 2:0 hesabıyla məğlub edərək finala yüksəlib.

Bundan əvvəl "Real" "Atletiko"ya 5:3 hesabıyla qalib gəlib və finala vəsiqə əldə edib.

İspaniya Superkuboku

Yarımfinal

11 yanvar

Barselona - Osasuna 2:0

Qollar: R.Levandovski, 59, L.Yamal, 90+3