Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.