“Hazırda işğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı sahibkarlardan müraciətlər daxil olur. Belə ki, 80-ə yaxın müraciət daxil olub”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu cür müraciətlər xaricdən də daxil olur: “Lakin işğaldan azad edilmiş ərazilər minadan təmizləndikdən sonra və digər işlərdən sonra orda bu tipli işlər görülə bilər. Qarabağ bölgəsi ilə bağlı alətlər tətbiq ediləcək. Qarabağda fəaliyyət göstərən sahibkarlara əlavə imtiyazlar verilə bilər. Bu işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası çərçivəsində müzakirə mövzusudur”.