İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən iclasında deyib.
Ə.Əsədov bildirib ki, bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılmışdır (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).
“İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılmışdır. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.