"Növbəti bələdiyyə seçkiləri işğaldan azad edilən ərazilərdə də baş tutacaq".
İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda həmin ərazilərdə bələdiyyələr yaradılmadığı üçün indiki seçkilər azad edilmiş əraziləri əhatə etmir.