Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən İsa Məsihin heykəli Türkiyədə və Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə bu ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, heykəldə nümayiş etdirilən görüntüdə “Türkiyə və Suriya üçün dua edək” sözləri yer alıb.

Qeyd edək ki, 6  fevralda Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib.