Tovuz Olimpiya İdman Kompleksi məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı vətəndaş Vəliyev Elşad Mahmud oğlu Gəncə Kommeriya Məhkəməsinə müraciət edib.

Belə ki, E.Vəliyev alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə məhkəməyə tələb irəli sürüb.

İddia hakim Gülnaz Quliyevanın icraatına verilib. 

Məhkəmənin vaxtı aprelin 12-ə təyin edilib.

Qeyd edək ki, E.Vəliyev Ağstafa rayonunda sahibkarlıqla məşğul olur.