İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Türkiyəyə rəsmi səfər edib.
İqtisadiyyat.az xəbər verir ki, İraqın Baş naziri səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
İstanbulda yerləşən Vahdettin köşkündə baş tutan görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan İraq hökumətinin PKK/KCK terror təşkilatı ilə mübarizəyə dair atdığı müsbət addımların Türkiyədə məmnunluqla qarşılandığını vurğulayıb.