"İraqda hökumət tərəfindən avqustun 6-da məhdudiyyətlər tətbiq edilən "Telegram" sabahdan etibarən istifadəyə veriləcək".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qərar İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin göstərişi ilə verilib.
"Tətbiqə sahib olan şirkət İraq təhlükəsizlik orqanlarının vətəndaşların məlumatlarını sızdıran tərəfləri müəyyən etmək tələblərinə cavab verdikdən sonra qadağa götürülüb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İraqın Rabitə Nazirliyi avqustun 6-da "Telegram"a girişin qadağan edildiyini, qərarın "yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə" qəbul edildiyini açıqlamışdı.
Qərara səbəb “dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması” olub.