İraqda "Telegram"ın hökumət tərəfindən bağlandığı açıqlanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə İraqın Rabitə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə," Telegram"ın bağlanması barədə qərar dövlətin yüksək səviyyəli orqanlarının tələbi ilə qəbul edilib. Bu tələbin səbəbi isə dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması kimi izah edilib.

"Telegram"dan aktiv şəkildə istifadə edən vətəndaşlar isə bu addıma sərt reaksiya veriblər.

İddia olunur ki, "Telegram"ın bağlanması əmrini hökumətə ABŞ səfirliyi verib.

Gülşən Şərif