İran millisinin və "Portu" klubunun hücumçusu Mehdi Taremi karyerasını İtaliyada davam etdirməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, futbolçu və meneceri hal-hazırda Milan şəhərindədirlər. 

"İnter"lə böyük ölçüdə razılıq əldə edən futbolçu tezliklə yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Mehdi Taremi "İnter"ə azad agent olaraq keçir.