İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə 24 saat ərzində 12 nəfər ölüb, ümumilikdə isə İranın zərbələrinin başladığı 13 iyun axşamdan indiyə qədər İsraildə artıq 15 nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.

***14:04

İranın İsrailə qarşı həyata keçirdiyi son raket hücumları nəticəsində ölənlərin sayı 8-ə çatıb, 200-dən çox insan isə xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, 65 yaralı xəstəxanaya yerləşdirilib, təxminən 35 nəfər isə hələ də dağıntılar altında itkin sayılır.

Ən ağır zərbələrdən biri Təl-Əvivin yaxınlığındakı Bat Yam şəhərinə endirilib. Raketin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində dörd nəfər, o cümlədən iki azyaşlı uşaq həlak olub.

Digər bir faciə Temre şəhərində yaşanıb — burada da dörd nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Rehovot şəhərində isə xilasedicilər dağıntılar arasında sağ qalanları tapmaq üçün yarışırlar.