İranın Azərbaycan, Rusiya və Ermənistanla elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.

Rusiya və İran elektrik şəbəkələrinin ilkin sinxronizasiyası artıq başa çatıb.

Hazırda ölkələr elektrik enerjisinin barterini müzakirə edirlər.

İran tərəfi zərurət yaranarsa Azərbaycan, Ermənistan və Türkmənistandan elektrik enerjisi idxalında, izafi olanda isə başqa ölkələrə ixracında maraqlıdır.