İranda zəfəranın qiyməti ötən illə müqayisədə 2 dəfə artıb.
Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.
Məlumata görə, ölkədə ədviyyatın kiloqramı 1,4 min dollara qədər bahalaşıb. Bu, İranın şərqində bütün su mənbələrinin qurumasına səbəb olan ekstremal hava şəraiti səbəbindən baş verib.
Bildirilib ki, xarici ölkələrdə zəfəranın 1 kilosunun qiyməti 1,8 min dollara çata bilər.
Qeyd edilib ki, İranda zəfəran istehsalının ümumi həcmi 400 tondan 170 tona düşə bilər. Dünyada zəfəran istehsalının 90%-dən çoxu isə İrandan gəlir.
Gözəl Həşimova