2022-ci il noyabr etirazlarında SEPAH Kəşfiyyat Təşkilatının üzvü Əli Nəzərini qətlə yetirməkdə təqsirləndirilən şəxsə edam hökmü verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IRNA Həmədan şəhərinin baş hakiminə istinadən məlumat yayıb.

Bildirilib ki, Həmədan məhkəmə sisteminin çıxardığı cəza təsdiq olunmaq üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, İran məhkəmə sistemi indiyədək 7 etirazçını edam edib.