İqtisadiyyat.az xəbər verir ki, bu barədə İLNA məlumat yayıb.
İranın İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian məlumatı təsdiqləyib.
***16:53
İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb.
Son məlumatlara görə, hadisə nəticəsində 28 nəfər ölüb, 1 205-dən çox insan yaralanıb.
İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.
***12:01
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Son məlumata görə, Şəhid Rəcai limanında baş verən yanğın 80% lokallaşdırılıb.
***11:20
Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
Onun sözlərinə görə, Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır:
"Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Loristana aparılıb".
***09:31
İranın cənub bölgəsində yerləşən Bəndər Abbas şəhərində faciəvi hadisə yaşanıb.
İqtisadiyyat.az "Mehr" agentlyinə istinadən xəbər verir ki, Şəhid Rəcai dəniz limanında baş verən güclü partlayış nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.
Hadisə nəticəsində azı 18 nəfər həyatını itirib, 800-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışın gücü o qədər böyük olub ki, liman ərazisindəki bir çox bina və nəqliyyat vasitələri ciddi ziyan görüb.
Şəhər üzrə zərərçəkənlərin çoxluğu səbəbindən transfuziya mərkəzi təcili qan ehtiyatının artırılması üçün çağırış edib.