İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda partlayış baş verib.

Bu barədə İqtisadiyyat.az İRNA-ya istinadən xəbər verir.

Neft emalı zavodunda yanğına səbəb olan partlayışda ölən və yaralananların olduğu bildirilib. Partlayışın səbəbi məlum deyil.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.