İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, sabah bütün ölkə üzrə matəm tədbirləri keçiriləcək.

***12:06

Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan vilayətində üç günlük matəm elan olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi İRNA agentliyi yayıb.

Son rəsmi məlumatlara görə, faciə nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, yaralananların sayı isə 1 139 nəfərə çatıb.