İranda son sutka ərzində 2 628 yeni koronavirusa yoluxma aşkar edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son gündə 109 insan virusun qurbanı olub. Bununla da ölkədə ümumi yoluxma sayı 217 724-ə, ölüm faktları isə 10 239-a çatıb.
Eyni zamanda 177 852 nəfər virusdan sağalıb.
Qeyd edək ki, İranda iyunun 14-dən başlayaraq, bir gün istisna olmaqla, hər gün 100-dən çox insan virusdan ölür. Report