İranda sərnişin avtobusu ağır qəzaya düşüb.

İqtisadiyyat.az İRNA-ya istinadən xəbər verir ki, hadisə Cənubi Xorasan əyalətinin Mod şəhərinin yaxınlığında baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 44 nəfər isə yaralanıb. 

Qəza yerli saatla 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində meydana gəlib.