İranda qadın jurnalistlər Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zəriinin saxlanıldığı bildirilir.

Bu barədə “Jamaran” xəbər saytı məlumat yayaıb.

Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zərii Tehran həbsxanasında saxlanılır.

Şafiinin rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyi təhdid etməkdə günahlandırıldığı qeyd edilsə də, digər 2 jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin məlumatına görə, ötən ilin sentyabrında başlayan Mahsa Emini nümayişlərindən sonra ölkədə 79 jurnalist saxlanılıb.