Son bir ildə İrana yatırılan 4,2 milyard dollarlıq xarici investisiyanın 2/3 hissəsi Rusiyanın payına düşüb.

İqtisadiyyat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, son bir ildə Rusiya İrana 2,8 milyard ABŞ dolları investisiya qoyub. Bu məbləğ dağ-mədən sektorundakı, sənaye və nəqliyyat sferalarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilib.