İranın cavab tədbirləri başa çatıb və indi İsraili vəziyyəti daha da gərginləşdirməkdən çəkindirmək üçün addımlar atılmalıdır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, İsrail Tehranın maraqlarına qarşı güc tətbiq etsə, "İran İslam Respublikası onları peşman edəcək dərhal və qəti cavab vermək hüququndan istifadə etməkdən çəkinməyəcək".