İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində baş tutub.

Bu, iki ölkənin xarici işlər nazirlərinin son üç ayda Tehranla Ər-Riyad arasında 7 ildən sonra siyasi-diplomatik əlaqələrin bərpasına dair razılaşmadan sonra ikinci rəsmi görüşüdür.