İran və Rusiya prezidentlərinin telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda onların İsrailin Dəməşqdəki İran konsulluğuna zərbəsindən və Tehranın cavab tədbirlərindən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə etdikləri bildirilib.

Putin tərəflərin təmkin göstərəcəyinə və qarşıdurmanın yeni mərhələsinə yol verməyəcəklərinə ümidvar olduğunu ifadə edib. İbrahim Rəisi isə İranın hərəkətlərinin məcburi olduğunu və məhdud xarakter daşıdığını qeyd edib, gələcək eskalasiyada maraqlı olmadığını vurğulayıb.