İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) texniki danışıqlardan sonra üç mübahisəli obyektdən biri ilə bağlı təhqiqata son qoymaq barədə razılığa gəliblər.

İqtisadiyyat.az bu barədə İRNA xəbər agentliyinə istinadən xəbər verir.

İran və MAQATE Abade nüvə obyekti ilə bağlı təhqiqata son qoymaq barədə razılığa gəlib. Fordo nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı iddialar da İran Atom Enerjisi Təşkilatının (AEOI) izahatı ilə başa çatıb.