İcraçı Katiblik və APA rəhbərliyi tərəfindən bu namizədliklər təsdiqlənib. Razılaşmaya əsasən, Bəhreyn Krallığı 2026-cı ilə qədər Asiya Parlament Assambleyasına (APA) rəhbərlik edəcək, İran İslam Respublikası isə 2027-2028-ci illərdə prezidentlik vəzifəsini icra edəcək. İran, eyni zamanda, APA-nın Daimi Komitəsində vitse-prezident kimi fəaliyyət göstərəcək. Belarus Respublikası təşkilatda müşahidəçi statusu əldə edir.
İqtisadiyyat.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Asiya Parlament Assambleyası çərçivəsində keçirilən plenar sessiyasında 300 min məcburi köçkünün öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzindədir: “APA bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəklədiyini bir daha vurğulayır və müvafiq tədbirlərin həyata keçirilməsi üçün səylərini davam etdirəcək”.
O, APA-nın fəaliyyəti ilə bağlı 2024-2025-ci illərdə müxtəlif sahələrdə görülən işlər barədə geniş məlumat verib. Həmçinin qurumun regional və beynəlxalq müstəvidə aktiv fəaliyyətini qeyd edib.
“ APA bölgədə sülh və əməkdaşlığın gücləndirilməsi, habelə münaqişələrin diplomatik yollarla həll olunması üçün fəaliyyətini davam etdirəcəyini bir daha bəyan edir”.