İran "Su-35" qırıcılarının alınması ilə bağlı Rusiya ilə razılaşıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İranın BMT nümayəndəliyi məlumat verib. Razılaşmanın nə vaxt əldə olunması və neçə qırıcının alınması kimi detallar açıqlanmayıb.

Qeyd edək ki, adi silahların alınmasına dair İrana qoyulan sanksiyaların götürülməsindən sonra İran ilk dəfə silah almış olacaq.