İran silahlı qüvvələri ölkənin mərkəzi və cənub bölgələrində baş tutacaq irimiqyaslı təlimlər keçirəcək.

Bu barədə İqtisadiyyat.az "Mehr" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təlimlərdə quru qoşunları, aviasiya, dəniz qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin bölmələri iştirak edəcək. Eyni zamanda, pilotsuz döyüş təyyarələrinin istifadəsinə xüsusi diqqət yetiriləcək.

 

Gözəl Həşimova