"İran neft hasilatını ayda 200 min barel artıraraq gündəlik 3 milyon 400 min barelə çatdırmağı planlaşdırır".

İqtisadiyyat.az İran Tələbələr Xəbər Agentliyinə (İSNA) istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Cavad Övci parlamentin enerji komissiyasının üzvləri ilə görüşündə bildirib.

"2021-ci ildə prezident İbrahim Rəisi hakimiyyətə gələndə İranın neft hasilatı gündəlik 2 milyon bareldən çox olmayıb. Ölkənin neft hasilatı gücü gündəlik 3 milyon 800 min bareldir. Hazırda isə İranın gündəlik neft hasilatı 3 milyon 200 min barel təşkil edir", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova