İqtisadiyyat.az İRNA-ya istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası yayımladığı rəsmi bəyanatda bildirir ki, rəsmi Tehran yalnız İsrailin "öz təcavüzünə görə cəzalandırılması və vurduğu zərərlərə görə təzminat ödəməsi" halında əməliyyatlara fasilə verəcək.

“Düşmən layiqli şəkildə cəzalandırılmayınca və İran xalqına qarşı törətdiyi zərərlərə görə kompensasiya ödəməyincə cavab tədbirləri davam edəcək”, – deyə bəyanatda qeyd olunub.

Bu açıqlama, bölgədəki gərginliyin diplomatik yolla yumşaldılması imkanlarını məhdudlaşdırmaqla yanaşı, münaqişənin yeni mərhələyə keçə biləcəyi ehtimalını da artırır.