İqtisadiyyat.az "Financial Times" istinadən xəbər verir ki, bu marşrut üzrə sığorta qiymətləri artıq 60% bahalaşıb.
Bloomberg-ə danışan "Marsh McLennan" şirkətinin dəniz yükdaşıma və logistika rəhbəri Markus Beyker qeyd edib ki, əvvəllər sığorta haqları gəminin dəyərinin 0,125%-i idisə, hazırda bu rəqəm 0,2%-ə yüksəlib. Oxşar artım Qırmızı dəniz limanlarına daxil olan gəmilər üçün də müşahidə olunur.
Məsələn, 153 milyon dollar dəyərində yük daşıyan bir supertanker üçün əlavə sığorta xərci 75 min dollar təşkil edə bilər.
Beykerin sözlərinə görə, İsrail limanlarına daxil olan gəmilər üçün də tariflər kəskin artıb – 0,2%-dən 0,7%-ə qədər.
Ekspertlər ehtimal edirlər ki, əgər İran İsrailin zərbələrinə cavab olaraq Hörmüz boğazını bağlasa, bu enerji bazarlarında ciddi bahalaşmaya səbəb olacaq. Bu addım İranın beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə məcbur etmək üçün son vasitəsi kimi qiymətləndirilir.