Astarada İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçirilir.

Bu barədə İqtisadiyyat.az "İSNA"ya istinadən xəbər verir.

İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş bildirib ki, İran və Azərbaycannın yarımçıq qalmış layihələri həyata keçiriləcək: "Bu layihələrin həyata keçirilməsi çox vacibdir və bundan hər iki ölkə faydalanacaq.

Bundan əlavə, İranın xarici işlər nazirinin Azərbaycan Prezidenti ilə bu yaxınlarda keçirdiyi görüş iki ölkə arasında əlaqələrin inkişafı və yeni əlaqələrin başlanğıcı üçün parlaq bir nöqtə oldu".

 

Gözəl Həşimova