İranda İsrailin xeyrinə casusluq etmək və respublikanın milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Respublikasının Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu şəxslər raket zavodunda partlayıcı qurğunun yerləşdirilməsi əməliyyatı keçirməkdə ittiham olunublar.

Bildirilib ki, İsrail kəşfiyyat agentliyi ilə əlaqəsi olan 4 nəfərə qarşı edam hökmü bu gün səhər saatlarında icra olunub.

 

Gözəl Həşimova