Bu ilin birinci rübündə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 134,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min dollar çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 131,6 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 3,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova