İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri Elbrus Hüseynov işdən çıxıb.

Bölməyə rəhbərlik müvəqqəti olaraq qurumun baş məsləhətçisi Sani Məmmədova həvalə olunub.

Xatırladaq ki, Aran Regional Bölməsi Yevlax şəhərində yerləşir. Bundan başqa, nazirliyin Abşeron (Sumqayıt), Dağlıq Şivan (Şamaxı), Quba-Xaçmaz (Xaçmaz), Gəncə-Qazax (Gəncə), Lənkəran (Lənkəran), Şəki-Zaqatala (Şəki) və Yuxarı Qarabağ (Füzuli) regional bölmələri var.