Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45 178 müraciət daxil olub.

Bu barədə İqtisadiyyat.az-a Nazirlikdən bildirilib.

Müraciətlərin 40 140-ı canlı rejimdə birbaşa, 5 038-i isə səsli menyu vasitəsilə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib.

Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.