"Trendyol əgər yerli şirkətləri üstələyirsə, şirkətin sıxışdırılmasına yox, yerli şirkətlərin Trendyola çatdırılmasına çalışmaq lazımdır. Yox əgər, Trendyol hansısa formada müvafiq qanunvericiliyin tələblərini pozursa, onda onu bu tələblərə əməl etməyə məcbur etmə mexanizmi olmalıdır".

İqtisadiyyat.az bildirir ki, bunu saytımıza açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O həmçinin qeyd edib ki, heç bir halda bu prosesə qadağa tətbiq etmək doğru deyil:

“Vətəndaşın nələr qazandığını heç bir avtomat sistem hesablaya bilməz. Vətəndaş zaman udur, keyfiyyət udur, rahatlıq udur”.

Ekspert sözlərini belə yekunlaşdırıb:

“Əgər bizdə keyfiyyətli ərzaqlıq buğda yetişmirsə, bunun günahı buğda idxal etdiyimiz Rusiyanın və ya Qazaxstanın tarlalarında deyil. Bir tarlanı yandırmaqla, digərinin məhsuldarlığı artan deyil".