İqtisadiyyat.az BBC-ə istinadən xəbər verir ki, Amazon tropik meşələri ərazisində avtomobil yolu tikiləcək və bunun üçün ağaclar kəsilir.
Bu qərar Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iqlim sammiti ərəfəsində nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün qəbul edilib.
Yeni avtomobil yolunun uzunluğu 13 kilometrdən çoxdur. Mütəxəssislərin fikrincə, yol meşə ekosistemini məhv edir və təbii əraziləri ayırır. Alimlər hesab edirlər ki, magistral vəhşi heyvanların hərəkətinə mane olacaq.
Eyni zamanda, səlahiyyətlilər layihəni davamlı adlandırırlar. Onlar heyvanlar üçün xüsusi keçidlər, velosiped yolları yaradacaqlarını və günəş enerjisindən istifadənin tətbiqini vəd edirlər.
Gözəl Azadəliyeva