"Qida təhlükəsizliyi istiqamətində xarici bazarlara çıxış, eyni zamanda iqlim dəyişikliklərini nəzərə alan yeni texnologiyaların tətbiqi çox vacib məqamdır".

Bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi özəl baytarlıqla bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi Azərbaycan ərazilərinə təsir göstərir: "İqlim dəyişikliyi Azərbaycanda su resurslarına təsir edir. Getikcə fərqli yerlərdə yağış kütlələri yaranır. Dünya Bankı olaraq bunu görürük. Biz dünya miqyasında əlaqədər layihələrlə işləyirik. Hökümətlərə aqrar sahənin inkişafı ilə bağlı köməklik göstəririk".