“Apple” istehsal mənbələri yeni smartfonların çatışmazlığını proqnozlaşdırıblar.

İqtisadiyyat.az bu barədə “The Information”a istinadən xəbər verir.

İnsayderlərin sözlərinə görə, “Apple” hazırda yeni smartfonlar üçün komponentlərin istehsalı ilə bağlı problemlər yaşayır. Belə ki, “iPhone 15 Pro” və “15 Pro Max” üçün ekran istehsal edən LG Display çox sayda hissə istehsal edə bilməz. Buna əsaslanaraq premium cihazların qıtlığı proqnozlaşdırılır.

Ön panelin metal çərçivə ilə birləşdirilməsi zamanı problemlər yaranır. Oxşar problemlər əvvəllər “Apple Watch” istehsalında da baş verib. Smartfonlar üçün displeylər də Samsung tərəfindən buraxılacaq, lakin çatışmazlıq hələ də qaçılmazdır.

Eyni zamanda, ekspertlər çatışmazlığın yalnız seriyanın top modellərinə təsir edəcəyinə inanırlar. Çox güman ki, “iPhone 15” və “15 Plus” geniş istehlakçılar üçün əlçatan olacaq.