"iPhone" istehsalında ilk dəfə olaraq titan çərçivədən istifadə edilib. İqtisadiyyat.az xəbər verir ki, məhz bu özəlliyə görə yeni "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" indiyə qədərki ən yüngül "iPhone Pro" seriyası hesab olunur. Bundan əlavə, titan Apple-ın "iPhone" korpuslarında istifadə etdiyi ən bahalı materialdır. Maraq üçün qeyd edək ki, titan poladdan daha güclü və daha davamlıdır, eyni zamanda ondan daha yüngüldür.
"iPhone 15 Pro"da artıq səssiz rejimə ənənəvi keçid çıxıntısı yoxdur. Bunun əvəzinə eyni anda bir neçə funksiyanı yerinə yetirə bilən bir düymə yerləşdirilib. Bu düymə ilə həm səssiz rejimə keçid, həm kameranı aktivləşdirmək, həm fənər və digər funksiyalar mümkündür. Yeni düymə "iPhone SE"dəki Touch ID-yə bənzəyir.
Ekran ölçüləri dəyişməz qalıb: 6,1 və 6,7 düym. Ancaq çərçivələr çox kiçik hazırlanıb.
"iPhone 15 Pro" yeni A17 Pro prosessoru ilə təchiz edilib. Bu, 3 nm proses texnologiyasından istifadə edərək hazırlanmış ilk mobil çipdir.
Mərkəzi 6 nüvəli prosessor iki məhsuldar və dörd enerjiyə qənaət edən nüvədən ibarətdir.
16 nüvəli neyron mühərriki əvvəlkindən iki dəfə sürətlidir. O, saniyədə 35 milyon əməliyyatı emal etmək qabiliyyətinə malikdir.
"iPhone 15 Pro"nun 48MP əsas kamerası zəif işıqlı şəraitdə parıltını azaltmaq üçün "iPhone 15"də olduğundan daha böyük sensora malikdir.
Sistem parametrlərində siz standart obyektiv, həmçinin əsas kamera üçün fokus uzunluğunu seçə bilərsiniz: 24 mm, 28 mm və 35 mm.
Telefoto kamera 12 MP modulunu saxlayır, bununla yanaşı artıq fokus uzunluğu 120 mm olan 5x optik zumu dəstəkləyir. Bu rəqəmə nail olmaq üçün Apple "iPhone 14 Pro Max" ilə müqayisədə sensorun ölçüsünü 25% artırıb.
Şirkət smartfona əlavə etdiyi sensorla optik sabitləşdirməni təkmilləşdirib.
Ultra geniş bucaqlı kamerada yeni parıltı əleyhinə örtük, gecə rejimi və ağıllı HDR var. Üstəlik, makroçəkiliş də mümkündür.
USB-C və USB3 dəstəyi ProRes videosunu birbaşa xarici sərt diskə yazmağa imkan verir. Bu halda istifadəçilər ProRes videolarını 4K və 60 FPS-də çəkə bilərlər. "iPhone 15 Pro", həmçinin Academy rəng kodlaşdırma sistemini dəstəkləyir.
"iPhone 15 Pro" və "iPhone 15 Pro Max" dörd rəngdə mövcuddur: qara, gümüşü, mavi və təbii titan boz.
Cihazlar xüsusiyyətlərinə görə aşağıdakı qiymət aralığında satışa çıxarılacaq:
iPhone 15 Pro 128 GB: 999 dollar
iPhone 15 Pro 256 GB: 1099 dollar
iPhone 15 Pro 512 GB: 1299 dollar
iPhone 15 Pro 1 TB: 1499 dollar
iPhone 15 Pro 256 GB: 1199 dollar
iPhone 15 Pro 512 GB: 1399 dollar
iPhone 15 Pro 1 TB: 1599 dollar
Öncədən sifariş xidməti 15 sentyabrdan etibarən aktiv olacaq. Satışlar isə sentyabrın 22-də başlayır.