ABŞ-ın təzyiqindən sonra Apple Çin bazarı üçün istehsal olunacaq iPhone modellərində yerli təchizatçı YMTC əvəzinə Samsung-dan operativ yaddaş alacaq. 
ABŞ milli təhlükəsizlik məsələlərinə görə Çin şirkətləri ilə təchizat zəncirini ləğv etməyi planlaşdırır. Bunun ən son nümunəsi Apple-ın təchizatçısı YMTC-dir.Apple-ın YMTC-dən satın alma planlarını dayandırdığı,  Samsung Electronics-dən RAM almaq üçün danışıqlara başladığı bildirilib.
Samsung NAND çiplərinin 2023-cü ildə Çində satışa çıxarılacaq iPhone modellərindən başlayaraq təqdim ediləcəyi güman edilir. Bu o deməkdir ki, iPhone 15 seriyası üçün Samsung imzalı RAM-ları görəcəyik. Eyni zamanda, Apple-ın bu RAM-ları iPhone 14 istehsalına daxil etməsi mümkündür.
Qeyd edək ki, Bu, Samsung-un iPhone üçün komponentlər təqdim etdiyi ilk hal deyil. Daha əvvəl iPhone və iPad üçün prosessorlar təklif edən şirkət, son 20 ildə müxtəlif Apple modelləri üçün operativ yaddaş və iPhone 14 Pro üçün displeylər də istehsal edib.

Məhəbbət Məmmədov