Dünyada "iPhone 15" smartfonları ilə bağlı şikayətlər artmaqda davam edir. Belə ki, bir çox istifadəçi smartfonun şüşə arxa panelinin çox kövrək olmasından və tez qırılmasından şikayətlənir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bununla əlaqədər smartfonun istehsalçısı "Apple" bu şikayətlərə cavab vermək məcburiyyətində qalıb.

"Apple" rəsmiləri "iPhone 15"in arxa hissəsinin həqiqətən şüşədən ibarət olduğunu təsdiqləyib və zədələnmə ehtimalı barədə insanlara xəbərdarlıq ediblər. Şirkət şüşə arxa paneli istiliyi daha yaxşı ötürmək və cihazın düzgün işləməsini təmin etmək üçün tədbir kimi izah edib.

Şikayətlərə cavab olaraq, "Apple" arxa panelin zədələnmə riskini minimuma endirmək və smartfonun təhlükəsiz istifadəsini təmin etmək üçün istifadəçilərə qoruyucu qablardan istifadə etməyi tövsiyə edib.

 

Gözəl Həşimova