İordaniya parlamenti İsrailin Əmmandakı səfirinin ölkədən çıxarılmasına səs verib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, parlamentarilər hökümətə İsrail səfirini İordaniyadan qovmağı tövsiyə edirlər.

Bu qərara səbəb İsrailin maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı kürsüyə qoyulan xəritədə İordaniya Haşimilər Krallığı və Fələstinin ərazilərinin İsrail ərazisi kimi göstərilməsidir.