Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan əsasən ABŞ, Böyük Britaniya. Braziliya, Argentina və Kanadadan olan istifadəçilər şikayətlənirlər.

İstifadəçilərin 33 %-i xəbər lentinin gec yüklənməsindən, 45 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 19 %-i bildirib ki, şəxsi hesablarına daxil ola bilmir.

Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil.