İnstaqram bütün istifadəçilərə olmasa da, bir çoxuna yeni interfeys təqdim edib.  Şirkət hələ ki, bütün istifadəçilərə təqdim etməsə də, dəyişikliklər instaqramın dostlar arasında foto paylaşmanın orijinal modelindən, TikTok tərəfindən irəli sürülən modelə keçmək niyyətində olduğunu göstərir. Bu model, insanara alqoritmik olaraq hədəflənmiş, maraq dairəsinə uyğun videolar göstərmək və əlaqələndirilməni artırmaqdan ibarətdir.

Yeni istifadəçi interfeysi açıq şəkildə TikTok-dan ilhamlanıb. İnstaqram sosial şəbəkəsi həmçinin daha öncə də innovativ rəqiblərindən müəyyən yeniliklər götürüb, məsələn Snapchat-dan story paylaşma özəlliyi kimi. Bu halda, onlar bir neçə narahatlıq doğuran və yaxşı qarşılanmayan seçimlər gətirmək fürsətini də əldən vermədilər. Belə ki, bunların hamısı açıq şəkildə istifadəçiləri tətbiqin şərtlərinə və məzmununa uyğun əlaqələnməyə məcbur etmək niyyətində idi.

Diqqət çəkən ilk şey, artıq videoların səsini üzərinə toxunmaqla söndürə və ya aça bilmək seçiminin olmaması oldu. Bu, həmişə istifadəçilər üçün bir xüsusiyyət olub, çünki milyonlarla insan başqalarının paylaşımlarına ictimai yerlərdə baxır, beləliklə səsin yüksək olması 20 fut məsafədə olan hər kəs üçün xoşagəlməz bir sürpriz ola bilər. Güman edilən ən yaxşı yol, videonun səsini açmaq istəməyənəcən onun səssizdə olmasıdır.

İndi ki, videoya toxunmaqla videonu dayandırmaq və açmaq mümkündür bu yenilik niyə bəyənilmir? Buna səbəb odur ki videonun səssizdə olması üçün telefonu ümumiyyətlə səssizə almaq lazımdır.