“Hazırda sığorta maarifləndirilməsi istiqamətində PAŞA Sığortanın bir neçə layihəsi mövcuddur”

Bunu PAŞA Sığorta şirkətinin Agile Transformasiyası üzrə rəhbəri Nuranə Teymurova deyib.

Onun sözlərinə görə, İndiki şəraitdə əhalinin sığorta haqqında, xüsusilə əmlak sığortası barədə az məlumata sahib olması başlıca problemlərdən biridir.

“Müşahidələrimiz onu göstərir ki, əhali üçün sığorta maariflənməsi tədbirlərini artırmaq lazımdır. Məsələn, avtomobil sığortası dövlət tərəfindən tənzimləndiyi üçün insanlar icbari sığorta əldə edir, və könüllü sığorta əldə etməyə istəkli olmurlar. İcbari əmlak sığortası üzrə göstəricilər isə daha da aşağıdır. Əmlak sığortasının minimal sığorta haqqı ilə minimum 25 000 AZN sığorta təminatı ilə təklif edilməsinə baxmayaraq, insanlar öz əmlakını sığortalamağa istəkli deyillər.

Hazırda sığorta maarifləndirilməsi istiqamətində PAŞA Sığortanın bir neçə layihəsi mövcuddur. Onu da qeyd edim ki, ASA-nın da sığorta hadisəsi qarşısı alınması istiqamətində sığorta şirkətləri ilə birlikdə həyata keçirdiyi layihənin gerçəkləşməsi üzərində də işlərimiz davam edir”.